Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"ABŞ-la danışıq üçün Omana heyəti göndərilməyib. Xəbər yalandır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi yayılan xəbərə münasibətdə deyib.
Onun sözlərinə görə, hazırkı məqamda ölkəni tərk etməsi də dövlətin maraqları baxımından doğru deyil: "Omana danışıqlar üçün hər hansı heyət öndərilməyib. Mən ABŞ-la danışıqlar üzrə heyətin rəhbəri olaraq, Tehranı tərk etməmişəm, ölkəmdəyəm. Yayılan xəbər yalandır".
Xatırladaq ki, "Reuters" xəbər agentliyi İranın Omana ABŞ-la nüvə danışıqları və İsraillə atəşkəs üçün nümayəndə heyətini göndərdiyini iddia edib.
Tahir Şəlvəli
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.