EN

Rusiyada Lada nın yeni modeli təqdim edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "AvtoVAZ" şirkəti yeni "Lada Azimut" krossoverini təqdim edib. Süd rəngində olan model "Vesta" platforması əsasında hazırlanıb.

Oxu.Az xəbər verir ki, avtomobilin fotoşəkilləri "No Limits" "Telegram" kanalında dərc olunub.

Bildirilib ki, "Lada Azimut" üç mühərrik seçimi ilə satışa çıxarılacaq: 1.8 litr (132 at gücü), 1.6 litr (120 at gücü) və təxminən iki ildən sonra təqdim olunacaq 150 at gücünə malik Çin istehsalı 1.5 litrlik turbomühərrik.

Qeyd olunur ki, avtomobil yalnız ön təkər ötürməsi ilə təchiz ediləcək. Bu, istifadə olunan platformanın tam ötürmə sisteminə uyğunlaşdırılmaması ilə əlaqədardır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
3
oxu.az

4Sources