Rusiyanın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "AvtoVAZ" şirkəti yeni "Lada Azimut" krossoverini təqdim edib. Süd rəngində olan model "Vesta" platforması əsasında hazırlanıb.
Avtomobilin fotoşəkilləri "No Limits" "Telegram" kanalında dərc olunub.
Bildirilib ki, "Lada Azimut" üç mühərrik seçimi ilə satışa çıxarılacaq: 1.8 litr (132 at gücü), 1.6 litr (120 at gücü) və təxminən iki ildən sonra təqdim olunacaq 150 at gücünə malik Çin istehsalı 1.5 litrlik turbomühərrik.
Qeyd olunur ki, avtomobil yalnız ön təkər ötürməsi ilə təchiz ediləcək. Bu, istifadə olunan platformanın tam ötürmə sisteminə uyğunlaşdırılmaması ilə əlaqədardır.
Oxu.az
Tarix: 19 İyun 2025, 08:05