EN

İran İsrailə 400 ballistik raket atıb

İyunun 13-dən bəri İran ərazisindən İsrailə 400 ballistik raket atılıb. Onlardan 40-nın yerə düşməsi nəticəsində 24 nəfər ölüb, 800-dən çox insan isə yaralanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsrail Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bu barədə özünün sosial media hesabında yazıb.

 

“İrana qarşı əməliyyat başlayandan bəri İsrailə 400-ə yaxın ballistik raket və yüzlərlə pilotsuz təyyarə buraxılıb”, - deyə Gendelman bildirib.

Chosen
9
14
senzor.az

10Sources