EN

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Bizim yaxşı layihələrimiz var; "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz öz sifarişlərimizlə Bakı Gəmiqayırma Zavodunu yükləməyə hazırıq", - o deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. "Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir", - o vurğulayıb.

Chosen
3
10
musavat.com

10Sources