EN

Dənizkənarı Bulvar İdarəsinin2024-cü ildə mənfəəti 22,8% artıb

Dənizkənarı Bulvar İdarəsi 2024-cü ili 3,209 milyon manat mənfəətlə başa vurub ki, bu öncəki il iləmüqayisədə 22,85 % çoxdur.

Mustaqil.az-a DBİ-dən verilən məlumata görə, 2024-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatları və Müstəqil Auditor Hesabatına əsasən, qurumun 2024-cü ildə əməliyyat gəlirləri 2,9 milyon manat artaraq 22,610 milyon manat çatmışdır. Bununla yanaşı, insan resursları üzrə xərclər 14,041 milyon manat (18,8 % çox), amortizasiya və köhnəlmə xərcləri 1,44 milyon manat (16,46 % az), digər əməliyyat xərcləri 3,023 milyon manat (15,06 % az) təşkil edib.

2024-cü ildə İdarənin cəmi əməliyyat mənfəəti 3,247 milyon manat (24,3 % çox), xalis mənfəəti isə 3,209 milyon manata (22,85 % çox) bərabər olub. Belə ki,qurum 2024-cü ildəki fəaliyyətindən 190,25 min manat vergiyə cəlb olunan mənfəət əldə edib və bundan 38 050 vergi dövlət büdcəsinə ödənilib. Həmçinin 83,77 min manat əmlak vergisi dövlət büdcəsinə ödənilib. Qeyd edək ki, bu, 2019-cu ildən bəri İdarənin təqdim etdiyi hesabatlarda ilk haldır.

2024-cü ilin yanvarın 1-nə DBİ-nin aktivləri 214,834milyon manat olub ki, bu da 2023-cü il ilə müqayisədə 42,5 % azdır. Hesabat dövründə İdarənin öhdəlikləri 0,98 % artaraq 24,277 milyon manata, balans kapitalı isə 45,5 % azalaraq190,557 milyon manata çatıb.

2024-cü ilin sonuna yığılmış zərərdə öncəki illə müqayisədə 12,36% azalma qeydə alınıb.

Chosen
15
6
azerforum.com

7Sources