EN

Rəşad Sadıqov: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq

“Püşk bizə “Hayduk” komandasını rəqib etdi”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, azarkeşləri iki gərgin və maraqlı oyun gözləyir: “İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq”.

Qeyd edək ki, Konfrans Liqasında bu raundun görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.
Chosen
13
7
sherg.az

10Sources