EN

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsinə yönəldiləcək

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Polis haqqında” qanuna dəyişiklik təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd edilib ki, dəyişikliyin məqsədi polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır.

Chosen
3
8
konkret.az

9Sources