EN

Türkiyə Gənclər Fondunun nümayəndə heyətiAzərbaycana səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıqimkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Fondunun(TÜGVA) nümayəndə heyəti Azərbaycana səfər edib.

Trend xəbər verirki, nümayəndə heyəti ilk öncə Fəxri xiyabana gələrək Ulu Öndərinməzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb. Dahasonra qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsiniziyarət ediblər.

Səfər proqramına uyğun olaraq Azərbaycan Respublikasının GənclərFondu və ölkənin aparıcı gənclər təşkilatları ilə Türkiyə nümayəndəheyəti arasında Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüştəşkil edilib. Görüş zamanı gələcəkdə təhsil, könüllülük, startapvə innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirəedilib. Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin gəncləriarasında həmrəyliyi daha da gücləndirəcək, yeni ortaq təşəbbüslərəzəmin yaradacaq. Həmçinin Mərkəz tərəfindən gənclər təşkilatları vəgənclər üçün yaradılan imkanlar barədə qonaqlara ətraflı məlumatverilib.

Səfər proqramının gedişatında Azərbaycan Könüllü Təşkilatlarıİttifaqının ofisində olan Türkiyə nümayəndə heyəti ölkəmizdə genişvüsət alan könüllülük hərəkatı və onun davamlı inkişafı üçün həyatakeçirilən yeni təşəbbüslər barədə ətraflı məlumat əldə edib.Həmçinin könüllülərin özləri ilə birbaşa görüşərək könüllülüyəgünü-gündən artan marağı bilavasitə onların dillərindəndinləyiblər.

Bununla yanaşı, qonaqlar Azərbaycanın tarixi və mədəni irsi ilətanış olmaq məqsədilə Bakı şəhərinin görməli yerlərində olub,tarixi abidələri ziyarət ediblər.

Bu səfər iki ölkənin gəncləri arasında münasibətlərindərinləşməsi və gənclərin inkişafına yönəlmiş birgə layihələrinhəyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Chosen
47
6
az.trend.az

2Sources