EN

İki gün sonra 2150 abonentin qazı kəsiləcək

Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək.

Far.Az report-a istinadən xəbər verir ki, buna səbəb "Xırmandalı" Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir.

Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Chosen
9
23
far.az

10Sources