Bakı. Trend:
Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobilyolunun kəsişməsində cari təmir işlərinə başlanılmışdır.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən yol sahəsində aparılan təmir işləritəxminən 200 metr uzunluğunda ərazini əhatə edir.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatınınfrezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeniasfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətindəmüvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdənehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələrixahiş olunur.
Qeyd edək ki, paytaxt ərazisində rahat və təhlükəsizgediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan AvtomobilYolları Dövlət Agentliyi tərəfindən mərhələli şəkildə təmir işlərihəyata keçirilir.