AZ

Binəqədi-Görədil və Binəqədi-Balaxanı avtomobil yollarının kəsişməsində təmir işləri aparılır

Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlanılıb...

Poliqon xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir.

Məlumata görə, hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Poliqon.info

Seçilən
9
31
poliqon.info

10Mənbələr