EN

İran İsrailə 400 ballistik raket atıb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 13-dən bəri İran ərazisindən İsrailə 400 ballistik raket atılıb. Onlardan 40-nın yerə düşməsi nəticəsində 24 nəfər ölüb, 800-dən çox insan isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bu barədə özünün sosial media hesabında yazıb.

“İrana qarşı əməliyyat başlayandan bəri İsrailə 400-ə yaxın ballistik raket və yüzlərlə pilotsuz təyyarə buraxılıb”, - deyə Gendelman bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 24 israilli həlak olub, 804 nəfər yaralanıb, 3800 nəfər isə təxliyə edilib.

Chosen
26
14
azertag.az

10Sources