Meksika sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.
Təşkilatın məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri təxminən 200 min insanın yaşadığı Tapaçula şəhərindən 189 km cənub-qərbdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsinin də elan olunmadığı qeyd edilir.