EN

"Sabah"ın potensial rəqibləri də açıqlandı

Bu gün UEFA Avropa Liqasında və Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan kubokunun qalibi olan və Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Sabah"ın da hər iki turnirdəki rəqibi bəlli olacaq.

Paytaxt təmsilçisi “Sele”ni (Sloveniya) keçərsə, 2-ci raundda “Braqa” (Portuqaliya), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan) və AEK (Kipr) – “Partizan” (Serbiya) cütlərindən birini qalibi ilə qarşılaşa bilər.

"Sabah" məğlub olarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Birkirkara" (Malta), "Universitata" (Rumıniya) və "Atletik Eskaldes" (Andorra) - "Düdelanj" (Lüksemburq) cütünün qalibinə rəqib ola bilər.

Chosen
18
1
publika.az

8Sources