Şərur MTK-nın sahibi, iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Göygöl rayonunun Toğanalı kəndində yeni istirahət mərkəzinin açılışını edib.
Qeyd olunub ki, Göygöl Milli Parkına yaxın ərazidə yerləşən yeni otel eyni anda 150 qonaq qəbul etmək imkanına malikdir. Müəssisənin fəaliyyətə başlaması ilə bölgədə 21 nəfər daimi iş yeri ilə təmin olunub.