EN

Dünyanın ən yaxşı sağ cinah müdafiəçisi kimdir?

İngiltərənin nüfuzlu "FourFourTwo" portalı müasir dövrün ən yaxşı sağ cinah müdafiəçilərinin reytinqini tərtib edib.

Publika.az xəbər verir ki, siyahının ilk pilləsində PSJ klubunun ulduzu Əşrəf Hakimi qərarlaşıb. İkinci yeri "Liverpul"dan "Real"a transfer olunan Trent Aleksander-Arnold tutub. "İlk üçlüy"ü isə "Barselona"nın müdafiəçisi Jül Kunde tamamlayıb.

İlk onluqda yer alan digər futbolçular Denzel Dumfries ("İnter"), Jeremi Frimponq ("Bayer"/"Liverpul"), Yurriyen Timber ("Arsenal"), Valentino Livramento ("Nyukasl"), Daniel Munyos ("Kristal Pelas"), Covanni Di Lorenso ("Napoli") və Pedro Porrodur ("Tottenhem Hotspur").

Qeyd edək ki, Hakimi 2024/25 mövsümündə bütün turnirlərdə keçirdiyi 49 oyunda 9 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, PSJ ilə trebl edib.

Chosen
34
publika.az

1Sources