EN

Türkiyəli deputat: İqtisadi əməkdaşlığın güclənməsi üçün bölgədəki müharibələri dayandırmalıyıq

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İqtisadi əməkdaşlığın daha da güclənməsi üçün bölgədəki müharibələri dayandırmalıyıq".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Fatih Dönməz deyib.

O bildirib ki, Türkiyənin bu yöndə səyləri davam edir:

"İsrail və İran arasında da müharibə başlayıb. Ümid edirəm ki, qısa zamanda münaqişələr sona çatar. Bu münaqişənin sona çatmasında parlamentlərarası münasibərlər də önəmlidir. Biz təkcə iqtisadi məsələləri deyil, hüquqi, sosial məsələləri də müzakirə edirik. Həmçinin əsas hədəflərimizdən biri də süni intellektdir. Bunun risklərinə qarşı mübarizəmizi aparacağıq, həmçinin faydaları barədə də fikir mübadiləmiz olacaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
oxu.az

2Sources