EN

Azərbaycanda istehsal edilən ağ neftin həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda 266,8 min ton ağ neftistehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 0,9 min ton və ya 0,3% azdır.

Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə cəmisi 267,7 minton ağ neft istehsal olunmuşdu.

Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 39,1 minton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarınınistehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manatolmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faizazalıb.

Chosen
363
15
az.trend.az

10Sources