EN

Müdafiə Nazirliyi Zakir Həsənovun səfəri ilə bağlı məlumat yaydı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarusa rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edib və abidə önünə əklil qoyub.

Belarus Respublikasının Müdafiə Nazirliyində Azərbaycan Respublikasının müdafiə nazirinin rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov ilə Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

Chosen
20
25
publika.az

10Sources