EN

Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib

Bakı.Trend:

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM)“Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasındaçoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusundaelmi-praktik simpozium keçirilib.

Bu barədə Trend-ə BMTM-dən məlumat verilib.

Tədbirdə Azərbaycan və Türkmənistanın Xarici İşlərNazirliklərinin yüksək səviyyəli rəsmiləri, deputatlar, diplomatikkorpus nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri iştirakedib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfirFərid Şəfiyev Azərbaycan və Türkmənistan arasında mövcudmünasibətlərin yüksək səviyyədə olduğunu və getdikcə inkişafetdiyini bildirib.
Fərid Şəfiyev qeyd edib ki, ortaq tarix, mədəni irs və dəyərləripaylaşan iki dost ölkənin əməkdaşlıqları enerji,nəqliyyat-logistika, humanitar və beynəlxalq diplomatiyasahələrində yeni mərhələyə qədəm qoyub.
"Hazırda ikitərəfli əlaqələr müsbət istiqamətdə inkişaf edir.Oktyabrda Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda Zirvəsikeçiriləcək. Bu tədbir çərçivəsində ənənəvi olaraq beyinmərkəzlərinin forumu keçirilir.Türkmənistandan olan həmkarlarımızıbu tədbirlərdə görməkdən məmnun olarıq”.

Diplomat çıxışında xüsusilə Transxəzər əməkdaşlığı, “Dostluq”yatağının birgə işlənməsi, Bakı-Türkmənbaşı nəqliyyat marşrutlarıkimi konkret nümunələrə toxunub, bu layihələrin təkcə ikitərəflideyil, həmçinin regional sabitlik və iqtisadi inteqrasiyabaxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Türk dünyası ilə siyasi dialoqun intensivləşdirilməsinin Azərbaycanxarici siyasətinin prioritetlərindən olduğunu deyən xarici işlərnazirinin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan vəTürkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli formatlaməhdudlaşmır, eyni zamanda regional və beynəlxalq təşkilatlarçərçivəsində də özünü göstərir. Xüsusilə, Türk Dövlətləri Təşkilatı(TDT), BMT, İslam Əməkdaşlıq (İƏT) kimi platformalarda iki ölkəbir-birini dəstəkləyir və ortaq mövqedən çıxış edirlər.

“Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyünü daimdəstəkləmiş və bu, siyasi əlaqələrimizdə əsas amillərdən birinəçevrilmişdir. Eyni zamanda, iqtisadi əməkdaşlığımız da dinamikşəkildə inkişaf edir. Bu gün Azərbaycan və Türkmənistan arasındaqarşılıqlı ticarət münasibətləri genişlənir, nəqliyyat-logistikasahəsində əməkdaşlıq güclənir. Azərbaycan Mərkəzi Asiya ölkələriilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurub.Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin Məşvərəttoplantılarında fəxri qonaq qismində iştirakı region ölkələri iləəməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir”,-deyə nazirmüavini vurğulayıb.

Samir Şərifov bildirib, iki ölkə liderinin məqsədyönlü siyasətinəticəsində Azərbaycan-Türkmənistan münasibətləri keyfiyyətcə yenimərhələyə qədəm qoyub.

“2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməbu münasibətlərin əsasını təşkil edir. Hökumətlərarası komissiyanınmüntəzəm fəaliyyəti ikitərəfli və çoxtərəfli əlaqələrindərinləşməsinə mühüm töhfə verir”.

Samir Şərifov çıxışında, həmçinin Transxəzər əməkdaşlığı, enerjitəhlükəsizliyi, yaşıl enerji keçidi kimi sahələrdə potensialıngeniş olduğunu vurğulayıb.

Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bildirib ki,Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsasistiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası iləəlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir:

“Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi,nəqliyyat-logistika, neft-qaz sahələrində yüksələn xətlə inkişafetməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanıntəşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk.Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütünmövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraqgücləndirəcəyik”.

Səfir əlavə edib ki, cari geosiyasi şəraitdə bitərəf dövlətolaraq Türkmənistan mövcud böhrandan çıxış yolu kimi beynəlxalqsəylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi-diplomatikimkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinintərəfdarıdır:

“Buna əsaslanaraq, BMT-nin Baş Assambleyasının 78-ci sessiyasızamanı Türkmənistan “2025 - Beynəlxalq Sülh və Etimad İli” adlıqətnamənin təşəbbüskarı olub və 86 dövlətin həmmüəllifliyi iləqəbul edilib”.

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlərİnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru ŞiriŞiriyevin sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki,Türkmənistanın neytrallığı sadəcə xarici siyasət aləti deyil, dahasabit, ədalətli və harmonik dünya üçün fəal töhfə və nümunədir.
“Türkmənistanın neytrallığı sadəcə bloklarda iştirakdan imtinadeyil, həm də dayanıqlı inkişaf və tərəfdaşlıq üçün şəraityaratmağa yönəlmiş səydir. Bu kontekstdə ölkənin əsastəşəbbüslərini qeyd etmək yerinə düşər: Xəzər dənizinin hüquqistatusunun həllinə dəstək göstərilməsi, Mərkəzi Asiyada nüvəsilahından azad zona yaradılmasının dəstəklənməsi, TAPI(Türkmənistan — Əfqanıstan — Pakistan — Hindistan) qaz kəmərininirəlilədilməsi”.
Ş. Şiriyevin sözlərinə görə, Türkmənistan Azərbaycan kimiTransxəzər marşrutu, həmçinin “Şimal–Cənub” və “Şərq–Qərb”istiqamətləri daxil olmaqla, beynəlxalq nəqliyyat marşrutlarınıninkişafında fəal iştirak edir.
O bildirdi ki, Türkmənistan öz neytral statusuna qəti şəkildəsadiqdir və onu fəal xarici siyasət, diplomatiya və humanitarfəaliyyət üçün əsas kimi istifadə edir:

“Bunlardan biri Əfqanıstana çətin zamanlarda göstərilənhumanitar yardımdır. 1998–2001-ci illərdə Əfqanıstanda quraqlıq vəağır humanitar şərait hökm sürərkən, Türkmənistan digər ölkələrdənfərqli olaraq sərhədlərini bağlamadı, əksinə, humanitar körpüyəçevrildi. İmamnazar və Sərhətabat keçid məntəqələri vasitəsilə, ocümlədən Ümumdünya Qida Proqramının dəstəyi ilə yardımçatdırılırdı”,-deyə o əlavə edib.
Daha sonra birinci paneldə Azərbaycan-Türkmənistan çoxşaxəliəməkdaşlığı müxtəlif aspektlərdən təhlil olundu. Milli Məclisindeputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrəişçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, nəqliyyat və logistikaüzrə ekspert Rauf Ağamirzəyev və BMTM-in aparıcı məsləhətçisi RozaBayramlı çıxış edərək Xəzər regionunda nəqliyyat dəhlizləri, enerjiresurslarının birgə istifadəsi və mədəni-humanitar əməkdaşlıqperspektivləri barədə fikirlərini bölüşdülər.

“Türkmənistanın daimi neytrallıq statusu sülh, regional vəqlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçüntəsirli bir vasitə kimi” başlığı ilə keçirilən ikinci paneldəBMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi QafqazAraşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və politoloq,tarixçi və televiziya aparıcısı Teymur Atayev neytrallıqkonsepsiyasının beynəlxalq hüquq və diplomatiya kontekstindəəhəmiyyətini izah etdilər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı.

Chosen
7
2
az.trend.az

3Sources