EN

Nemət Pənahlı canlı yayımda ağladı – “Mən Qarabağa eşşəklə gedirəm”

"TV Musavat"ın efirində qonaq olan Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı göz yaşlarını saxlaya bilməyib.

Yenisabah.az xəbər verir ki, dəfələrlə müraciət etsə də, onu Qarabağa buraxılmadığından şikayətlənib:

“Bu günə qədər məni Qarabağa burxmayıblar. Müraciət edirəm, cavab vermirlər. İndi artıq etmirəm. İlk gündən müraciət etmişəm, dəfələrlə xahiş etmişəm. İndi iyrənmişəm, heç getmək də istəmirəm. Artıq sınmışam.

Avtobusa doldurub aparırlar. Mən dedim ki, mən eşşəklə gedirəm, piyada gedirəm”. 

Nemət Pənahlı qeyd edib ki, Qarabağ müharibəsində iştirak edənlərin əksəriyyəti onun dostları olub:

“Bütün dostlarımı Qarabağ döyüşlərində itirmişəm. Ona görə yalquzaq kimi qalmışam. "Şıxov batalyonu"nu mən təşkil etmişəm. Şəhid Milli Qəhrəman Ramiz Qəmbərovdan tutmuş Qarabağ döyüşlərində iştirak edənlərin əksəriyyəti dostlarım olub. Şəhidlər Xiyabanında uyuyanların 70 faizini şəxsən tanıyıram”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
16
3
yenisabah.az

4Sources