EN

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyunun 19-da havanın yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecÉ™ 19-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer tÉ™zyiqi norma daxilindÉ™ 760 mm civÉ™ sütunu olacaq. Nisbi rütubÉ™t gecÉ™ 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecÉ™ 17-21° isti, gündüz 29-34° isti, daÄŸlarda gecÉ™ 5-10° isti, gündüz 15-20° isti olacaq.

Chosen
11
49
anews.az

10Sources