Bu gün UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşka atılacaq.
QOL.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sabah"ın da potensial rəqibi bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Azərbaycan kubokunun qalibi Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Sele" klubu ilə qarşılaşacaq. Bu cütün məğlubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində aşağıdakı komandalardan birinə rəqib olacaq.
"Sabah" - "Sele" (Sloveniya) cütünün məğlubunun mümkün rəqibləri:
"Rapid" (Avstriya)
"Yagelloniya" (Polşa)
"Birkirkara" (Malta)
"Universitata" (Rumıniya)
"Aatletik Eskaldes" (Andorra) - "Düdelanc" (Lüksemburq) cütünün qalibi
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.