525.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan və Türkmənistan arasında əlaqələr tarixi, dini, dil köklərinə əsaslanır. Bu tədbir isə müasir mərhələdə əlaqələrə həsr olunub.
525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Türkmənistanın xarici siyasəti neytrallığa əsaslanır. İki ölkənin əlaqələri müsbət istiqamətdə inkişaf edir. Bu yaxınlarda daha müsbət xəbərlər eşidəcəyik.
F.Şəfiyev deyib ki, bu il bir sıra tədbirlər nəzərdə tutulub. Oktyabrda Türk Dövlətləri Təşkilatının Zirvəsi Bakıda olacaq. Bu çərçivədə düşüncə mərkəzlərinin görüşü keçiriləcək: "Çox istərdik ki, Türkmənistan da həmin tədbirdə iştirak etsin".
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.