EN

İran Hava limanlarının uçuş müddəti uzadıldı

İranın hava məkanı bu gün Bakı vaxtı ilə 14:30-a qədər bağlı qalacaq.

News365.az xəbər verir ki, bunu İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Mehdi Ramezani bəyan edib.

“Ölkənin hava məkanı bu gün 14:00-a kimi (Bakı vaxtı ilə 14:30) bağlı olacaq”, - Ramezani bildirib.

Qeyd edək ki, bundan əvvəl rəsmi Tehran İranın hava məkanında tətbiq olunan uçuş qadağasının müddəti 18 iyun Bakı vaxtı ilə 02:30-a qədər uzadıldığını elan etmişdi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Chosen
7
4
news365.az

10Sources