EN

Keçmiş prezident ev dustaqlığına buraxılıb - Evində elektron qolbaqla yaşayacaq

Argentinanın keçmiş prezident Kristina Fernandez de Kirşnerə verilən cəza növü dəyişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, federal məhkəmə korrupsiya ittihamı ilə 6 il həbs və ömürlük dövlət vəzifəsində işləməyə qadağa qoyulan keçmiş prezidentin cəzasını ev dustaqlığı ilə əvəzləyib.

Xəbərdə deyilir ki, məhkəmə 72 yaşlı Kirşnerin yaşını və 2022-ci ildə məruz qaldığı sui-qəsd cəhdini nəzərə alaraq belə qərarı verib: "O,  cəzasını Buenos-Ayresin Constitucion məhəlləsindəki evində elektron qolbaq taxılmaqla çəkəcək. O, yalnız məhkəmə icazəsi ilə və ya fövqəladə hallarda evi tərk edə biləcək".

Qeyd edək ki, 2007-2015-ci illərdə ölkəyə rəhbərlik etmiş Kirşner 2022-ci il dekabrın 6-da ona qarşı korrupsiya ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib: "Kirşner Santa Kruz ştatında yol tikintisi tenderlərini biznesmen Lazaro Baezə qanunsuz olaraq verməkdə təqsirli bilinib".

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
19
1
mia.az

2Sources