EN

“Sabah”ın rəqibi “Dinamo”dan futbolçu aldı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ın rəqibi olan Sloveniya klubu “Selye” yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Selye klubu Zaqreb “Dinamo”sunun 23 yaşlı futbolçusu İvitsa Vidoviçlə razılığa gəlib.

Anlaşmaya görə, xorvatiyalı yarımmüdafiəçi 2025-26 mövsümünün sonuna qədər Sloveniya kollektivinin heyətində çıxış edəcək.

Qeyd edək ki, “Sabah” “Selye”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Chosen
16
msport.az

1Sources