BAKI. 18 iyun. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Teleqraf xəbər verir ki, F qrupunun növbəti oyununda Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sandauns" və Cənubi Koreyanın "Ulsan Hyundai" komandaları üz-üzə gəlib.
Qarşılaşma CAR təmsilçinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 36-cı dəqiqədə İqraam Raynders vurub.
Bu nəticələrdən sonra "Mamelodi Sandauns" 3 xalla qrup lideridir, ikinci və üçüncü pillələri bölüşən Almaniyanın Borussiya (Dortmund) və Braziliyanın “Fluminense” klublarının aktivində 1 xal var, "Ulsan Hyundai" isə 0 xalla qrupun sonuncusudur.