EN

Tramp ABŞ-da TikTok-a məhdudiyyəti 90 gün gecikdirəcək

BAKI. 18 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin TikTok platformasınım fəaliyyətinə icazənin daha 90 gün müddətinə uzadılmasına qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavittin iyunun 17-də dərc etdiyi yazılı bəyanatda deyilir.

“Bu həftə Prezident Tramp TikTok-un fəaliyyətini davam etdirmək üçün əlavə sərəncam imzalayacaq. Prezident Tramp, dəfələrlə dediyi kimi, TikTok-un fəaliyyətini dayandırmasını istəmir. Bu möhlət 90 gün davam edəcək, bu müddət ərzində administrasiya amerikalıların məlumatlarının təhlükəsiz olduğuna əmin olaraq TikTok-dan istifadə etməyə davam edə bilsinlər” - deyə, məlumatda bildirilir".

Qeyd edək ki, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.

Keçmiş prezident Co Bayden 2024-cü ildə “ByteDance”i ABŞ-də TikTok-u satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanunu imzalayıb.

Chosen
22
teleqraf.com

1Sources