BAKI. 18 iyun. TELEQRAF
Döyüş başlayır.
Teleqraf xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xamenei “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
"Əli Xeybərə qayıdır", - paylaşımda deyilir.
Bununla o, İslam dininin ilk imamı Əli ibn Əbutalibin eramızın 7-ci əsrində yəhudi şəhəri Xeybəri fəth etməsinə işarə edib.
Paylaşımda qala qapısına daxil olan, əlində qılınc tutan bir şəxsin təsviri və göydən yağan od əks olunub.