EN

İsrail İran rejimini devirməlidir! – Mertz


Almaniya Kansleri Fridrix Mertz İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların nəticəsində Tehrandakı rejimin dəyişəcəyinə ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “ARD” telekanalına verdiyi müsahibədə danışıb.

“Biz burada həm daxildə, həm də xaricdə terrorçu bir rejimlə üz-üzəyik. Bu rejimin sonunun gəlməsi yaxşı olardı”, – deyə Mertz qeyd edib.

Eyni zamanda, Mertz İran hakimiyyətinin bəzi nümayəndələrinin danışıqlar masasına qayıtmaq imkanının hələ də mövcud olduğunu vurğulayıb.

“Hələ fəaliyyət qabiliyyətini qoruyub saxlayan hökumət üzvlərinin danışıqlara qayıtması üçün şans var. Təklifimiz qüvvədə qalır”, – deyə Kansler əlavə edib.

O, İrana xəbərdarlıq edərək bildirib: “Əgər danışıqlara başlamağa hazır deyillərsə, İsrail bu işi sona qədər aparacaq”.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın əsas məqsədi İranın nüvə proqramını hədəf almaqdır. Bundan bir gün sonra İran cavab zərbələri endirib. Ardınca tərəflər qarşılıqlı hücumları davam etdiriblər. Hər iki ölkə hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Chosen
18
1
news24.az

2Sources