EN

Nağdsız ödənişləri qəbul etmədiyinə görə MMC cərimələnib

"Almafamily Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq edilib.

Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətdə POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi faktı aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Almafamily Baku" MMC-nin rəhbərliyinə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsinə görə 1000 manat, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunmasına görə 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Azər Əliyev Firdovsi oğludur.

Chosen
11
valyuta.az

1Sources