EN

"Qarabağ" ilk yay transferini açıqladı 

"Qarabağ" ilk yay transferini açıqlayıb.

Referans klubun rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar nəticəsində sağ cinah müdafiəçisi Dani Bolt heyətə cəlb edilib.

25 yaşlı braziliyalı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.

Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub. O, ötən mövsüm ərzində meydana çıxdığı 36 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, tam adı Daniel Lima de Kastro olan yeni transferin 26 yaşı sabah tamamlanacaq.
Chosen
19
24
referans.az

10Sources