EN

Trampın telefonları Çində istehsal olunacaq

BAKI, 17 iyun. TELEQRAF

ABŞ prezidenti Donald Trampa məxsus şirkət tərəfindən 499 dollara satılacağı açıqlanan T1 smartfonunun Çində istehsal ediləcəyi açıqlanıb. Mütəxəssislər iddia edirlər ki, Çin şirkəti tərəfindən hazırlanmış telefon ABŞ-da istehsal oluna bilməz.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti Donald Trampa məxsus şirkət bazar ertəsi günü 499 dollara satılacağını bildirdiyi qızılı rəngli cihazı "T1" adlandırıblar. Smartfon "Google"-un Android əməliyyat sistemi ilə işləyəcək.

“Trump Organization” telefonun “ABŞ-da istehsal ediləcəyini” bildirsə də, ekspertlər onun Çin şirkəti tərəfindən dizayn və istehsal edildiyini ehtimal edirlər.

Beynəlxalq Data Korporasiyasının vitse-prezidenti Fransisko Jeronimo CNBC-yə "Telefonun sıfırdan dizayn edilib ABŞ-da yığılması və ya tamamilə ABŞ-da istehsalının heç bir yolu yoxdur. Bu, sadəcə olaraq mümkün deyil", deyib.

Chosen
22
teleqraf.com

1Sources