Bakıda iyunun 21-də keçiriləcək UFC Fight Night yarışının əsas döyüşçüləri Camal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəliblər.
Offsideplus.az xÉ™bÉ™r verir ki, tÉ™dbirdÉ™ azÉ™rbaycanlı UFC döyüşçülÉ™ri Rafael Fiziev, Nazim Sadıxov vÉ™ Tofiq Musayev dÉ™ iÅŸtirak ediblÉ™r. Â
Yarış "Baku Crystal Hall"da baş tutacaq.
Gecənin əsas qarşılaşması UFC yarımağır çəki üzrə sabiq çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq.
Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Bahamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.