Bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 14 854,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
Fəaliyyət növlərinin adı
2025-ci ilin yanvar- may aylarında istehsal edilmişdir, milyon manat
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi
16 173,7
97,6
Xam neft və təbii qaz hasilatı
14 854,4
97,7
Metal filizlərinin hasilatı
241,4
175,7
Mədənçıxarma sənayesinin digər sahələri
76,6
118,4
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi
1 001,3
85,9
Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kubmetr təşkil etmişdir.
Bildirilir ki, hesabat dövründə əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 1,7% artıb.
Mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsullar:
Məhsul növləri
2025-ci ilin yanvar-may aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.06.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton
11438,3
95,1
289,4
ondan əmtəəlik
11 411,4
95,1
289,4
Təbii qaz, milyon kub metr
20 910,8
100,2
-
ondan əmtəəlik
16 192,8
101,7
-