EN

Bakı Təl-Əvivi İranın azərbaycanlıların yaşadığı bölgələrinə hücum etməməyə çağırıb

Bakı. Trend:

Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İrandaazərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək,mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesajgöndərib.

Bu barədə Trend məlumatlı mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb

Məqalədə:
Chosen
14
8
az.trend.az

8Sources