EN

“Beşiktaş” “Fənərbaxça”nın futbolçusunu istəyir

“Fənərbaxça”nın yarımmüdafiəçisi Miha Zayç Türkiyəyə qayıtmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu icarə əsasında çıxış etdiyi “Tuluza”dan ayrılıb və “Fənərbaxça”nın düşərgəsinə qoşulacaq.

Amma o, burada da qalmayacaq. Sloveniya millisinin üzvünün “Beşiktaş”a keçəcəyi gözlənilir. “Qara qartallar” Zayç üçün “Fənərbaxça”ya müraciət edib.

Onun hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Təcrübəli futbolçu “Olimpiya”, “Bravo”, “Çelye”(hamısı Sloveniya), “Empoli”,“Cenoa”(hər ikisi İtaliya) klublarında da oynayıb.

saytlarin hazirlanmasi

Chosen
20
sportal.az

1Sources