EN

U-17 Liqasının qalibləri mükafatlandırıldı

U-17 Liqasının qalibləri mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl keçirilən sonuncu – 45-ci turun axırıncı oyunlarında “Neftçi” “Turan Tovuz”u 6:0, “Qarabağ” isə “Səbail”i 8:0 hesabı ilə məğlub edib. Bununla da “Neftçi” 109 xalla mövsümü çempion, “Qarabağ” isə 108 xalla ikinci pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Zirə” bürünc, 2-ci pillənin sahibi “Qarabağ” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev iştirak ediblər.

Chosen
8
6
football-plus.az

10Sources