EN

Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib

Bakı. Trend:

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və TəbiiSərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı iləvətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanıqəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yarananməişət səs-küyünə qarşı profilaktik tədbir keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, nəticədə bir neçə obyektin gecə yarısından sonraməişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərinipozduğu aşkar edilib.

Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıbvə obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həminşəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər.

Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərttədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinəçatdırılıb.

Qeyd edilib ki, polis əməkdaşları tərəfindən məişət səs-küyü iləbağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləridavam etdirilir.

Chosen
10
22
az.trend.az

10Sources