AZ

Novxanıda gecə səs küy yaradan iaşə obyektləri cərimələnib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşlardan gələn çoxsaylı şikayətlər əsasında Novxanı qəsəbəsində yerləşən bir neçə ictimai iaşə obyektində yaranan səs-küyə qarşı profilaktik tədbir keçirilib.

Nəticədə bir neçə obyektin gecə yarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
22
oxu.az

10Mənbələr