EN

Ərəb və müsəlman ölkələri İrana hava zərbələrini pisləyib

21 ərəb və müsəlman ölkəsi birgə bəyanat yayaraq, İsrailin İrana hava zərbələrini pisləyib.

XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda İsrailin hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirilir.

Bəyanatı imzalayan ölkələr vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal de-eskalasiyaya çağırıblar. Onlar eyni zamanda İsrailin aqressiyasına son qoyulmasını tələb ediblər.

Birgə sənəddə nüvə obyektlərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb, diplomatik səylərin bərpası və Yaxın Şərqdə nüvəsiz bir regionun yaradılması üçün beynəlxalq ictimaiyyətin səfərbərliyi tövsiyə olunub.

Xəbər 2 dəfə oxunub.
Chosen
11
xezernews.az

1Sources