EN

"İsrailə yeni silahlarla hücumlara başlamışıq" - Heydəri

İran artıq yeni silahlarla İsrailə hücum edir. İRİB xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Kiyumərs Heydəri deyib.


Onun sözlərinə görə, artıq yeni və qabaqcıl silahlardan istifadə etməklə yeni hücumlar başlayıb və yaxın saatlarda bu zərbələr daha da güclənəcək.


Öz növbəsində, İsrailin müdafiə naziri İsrael Katz İrandan növbəti dəfə atəşə tutulduqlarını etiraf etdikdən sonra deyib ki, Tehran sakinləri tezliklə  İslam Respublikası hakimiyyətinin hərəkətlərinin bədəlini ödəyəcəklər.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Chosen
9
news365.az

1Sources