EN

Abituriyentlər çaş-baş qalıb: Arayışı necə alsınlar? - RƏSMİ

İdman istiqaməti üzrə ali məktəblərə qabiliyyət imtahanında iştirak edəcək abituriyentlər tibbi arayış təqdim etməlidirlər.

Belə ki, qabiliyyət imtanına buraxılış üçün abituriyentlərdən 086U formalı tibbi arayış tələb olunur. Bəzi poliklinikalar onu elektron, bəziləri isə adi qaydada və şəkilli verirlər. İmtahanın vaxtına isə bir neçə gün qaldığından,  tələbələr də caş-baş qalıblar. 

Hər iki formada verilən arayış qüvvədədirmi?

Məsələ ilə bağlı TƏBİB-dən “Cebheinfo.az”-a bildirilib ki, ötən ilin may ayından etibarən abituriyentlərə tibbi arayış elektron formada verilir: 

“Əslində kağız daşıyıcılarda və elektron tibbi arayışlar da eyni hüquqi qüvvəyə malikdir. Ancaq indiki halda hamısı elektronlaşdırıldığına görə elektron təqdim olunmalıdır.  Əgər arayışı  kağız daşıyıcılarda verən poliklinika varsa, biz onu araşdıra bilərik”.

Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, abituriyentlər şəkilli arayış da ala bilərlər. 

Chosen
9
1
cebheinfo.az

2Sources