EN

Stansiya rəisi buna nəzarət edir

Siqnallardan istifadə olunmaqla yoldəyişənlərin açıldığı hallarda stansiya rəisi və ya onun müavini stansiyada olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Onlar stansiya növbətçisinə kömək göstərməli və nəzarəti təmin etməlidirlər. Açılmış qurğuların marşrutdakı vəziyyəti texniki sərəncam aktı ilə yoxlanılmalıdır. Birinci qatar yalnız işıqforun qadağanedici göstəricisi ilə qəbul edilir və ya göndərilir. Növbəti qatarlar isə işıqforların icazəverici göstəriciləri əsasında hərəkət edir. Hər bir marşrutun qapanması Təlimata uyğun şəkildə həyata keçirilməlidir.

 

Chosen
13
heftelik.az

1Sources