“Tottenhem”in futbolçusu Manor Solomon İsraildən çıxa bilmir.
Futbolpress.az xəbər verir ki, ötən həftə toyu olduğu üçün ölkəsinə qayıdan forvard indi İranla müharibə səbəbindən orda qalıb. İsrail iyunun 13-də hava məkanını bağlayıb və uçuşlar dayanıb.
Solomon başa çatan mövsümü “Lids”də icarədə keçirib. O, 39 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib.