EN

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Chosen
5
2
moderator.az

3Sources