EN

Xaçmazda narkokuryerliyə cəlb olunan şəxsdən silah aşkarlanıb

Bakı.Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləriəməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi iləməşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend- ə bildirilib ki,həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd“Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxsnarkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilənnarkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağarazılaşdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.

Chosen
7
7
az.trend.az

9Sources