Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.